Türkiyədə ağır qəza: “Akkuyu” AES-in iki əməkdaşı ÖLDÜ – VİDEO

Türkiyədə ağır qəza: “Akkuyu” AES-in iki əməkdaşı ÖLDÜ – VİDEO

Hazırda oxunan: Türkiyədə ağır qəza: “Akkuyu” AES-in iki əməkdaşı ÖLDÜ – VİDEO

199623

Türkiyənin cənubunda “Akkuyu” Atom Elektrik Stansiyasının (AES) inşa edildiyi Mersin şəhərində iki avtobus və bir minik avtomobilinin toqquşması nəticəsində 2 nəfər ölüb, 35 nəfər yaralanıb.

Bizim.Media xəbər verir ki, bu barədə İHA agentliyi məlumat yayıb.

Hadisə zamanı işçiləri tikinti sahəsinə aparan avtobusun sürücüsü idarəetməni itirib, bununla da o, avtomobil və digər avtobusla toqquşub. Hadisə nəticəsində 2 nəfər ölüb, 35 nəfər yaralanıb.

Əraziyə təcili tibbi yardım əməkdaşları cəlb olunub. Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Qeyd edək ki, “Akkuyu” Türkiyədə tikilməkdə olan ilk atom elektrik stansiyasıdır. Layihə Rusiya Federasiyası ilə Türkiyə arasında 2010-cu il mayın 12-də imzalanmış əməkdaşlıq haqqında hökumətlərarası saziş əsasında həyata keçirilir.
 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO