İranın yeni prezidenti ikinci turda BƏLLİ OLACAQ - VİDEO

İranın yeni prezidenti ikinci turda BƏLLİ OLACAQ - VİDEO

Hazırda oxunan: İranın yeni prezidenti ikinci turda BƏLLİ OLACAQ - VİDEO

199612

İranda prezident seçkilərində heç bir namizəd çoxluğu təmin edə bilmədiyindən islahatçı Məsud Pezeşkian və mühafizəkar Səid Cəlili ikinci turda yarışacaq.

Bizim.Media xəbər verir ki, İran Daxili İşlər Nazirliyi yanında Seçki Qərargahı Məsud Pezeşkian və Səid Cəlilinin 2024-cü il iyulun 5-nə təyin edilmiş ikinci tura namizədliyini rəsmən təsdiqləyib.

Ümumilikdə 24,535,185 bülleten hesablanıb. Məsud Pezeşkian 10,415,991 səslə liderlik edir.
İkinci yerdə 9,473,298 səslə Səid Cəlilidir. Namizədlərdən heç biri 50 faizdən yuxarı səs çoxluğu əldə edə bilmədiyinə görə iyulun 5-i cümə günü ölkə üzrə ikinci tur seçki keçiriləcək.

Qeyd edək ki, İranda prezidentin növbədənkənar seçkilərinə iyunun 28-də yerli vaxtla saat 08:00-da (Bakı vaxtı ilə saat 8:30) start verilib. Seçkilər mayın 19-da ölkə prezidenti İbrahim Rəisinin ölümü ilə əlaqədar keçirilir.

 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO