Bu gün səhər saatlarında Sistan və Bəluçistan əyalətinin Cekiqur şəhərində silahlı şəxslər seçki qutularını daşıyan avtomobili atəşə tutublar.
Bizim.Media xəbər verir ki, bununla bağlı “Haalvsh” “Telegram” məlumat yayıb.
Silahlı hücum nəticəsində 2 nəfər ölüb və 5 nəfər yaralanıb.
Rəsmi mənbələr bildirir ki, seçki qutularını daşıyan mikroavtobus Cekiqurdan şəhər valiliyinə hərəkət edərkən silahlı şəxslər tərəfindən atəşə tutulub.
Qeyd edək ki, İranda prezidentin növbədənkənar seçkilərinə iyunun 28-də yerli vaxtla saat 08:00-da (Bakı vaxtı ilə saat 8:30) start verilib. Seçki məntəqələri yerli vaxtla saat 18:00-da (Bakı vaxtı ilə 18:30) bağlanmalı idi, lakin istilər səbəbindən günortadan sonra, havalar nisbətən sərinlənəndə uzun seçici növbələri yaranmağa başlayıb. Buna görə də səsvermə vaxtı üç dəfə uzadılıb və nəticədə yerli vaxtla 00:00-da (Bakı vaxtı ilə 00:30) başa çatıb.
Bizim.Media