Rusiya silahlı qüvvələri Ukraynanın Dnepr bölgəsinə raket hücumu edib.
Bizim.Media xəbər verir ki, bu barədə vilayət administrasiyasının rəhbəri Sergey Lısak məlumat yayıb.
Məlumata görə, hücum nəticəsində doqquz mərtəbəli yaşayış binasının 4 mərtəbəsi dağıdılıb.
Ölkə prezidenti Volodimir Zelenski isə qeyd edib ki, hadisə nəticəsində sakinlər arasında 3 nəfər xəsarət alıb.
Bizim.Media