Almaniyadan Rusiyaya 190-a yaxın lüks avtomobil aparanlar SAXLANILDI 

Almaniyadan Rusiyaya 190-a yaxın lüks avtomobil aparanlar SAXLANILDI 

Hazırda oxunan: Almaniyadan Rusiyaya 190-a yaxın lüks avtomobil aparanlar SAXLANILDI 

199513

Almaniyanın Germersheim şəhərində ölkədən Rusiyaya qeyri-qanuni yolla bahalı avtomobillər ixrac etməkdə şübhəli bilinən avtosalon şirkətlərinin ofislərində axtarış aparılıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Almaniyanın Kayzerslautern şəhər prokurorluğu məlumat yayıb. 

Məlumata görə, Kayzerslautern prokurorluğu dilerləri Avropa İttifaqının tətbiq etdiyi embarqodan yayınaraq Almaniyadan Rusiyaya çoxlu sayda bahalı avtomobil ixrac etməkdə şübhəli bilir. 
Qeyd olunub ki, şirkətlər avtomobilləri Qazaxıstan, Qırğızıstan, Belarus və Türkiyəyə ixrac edib, amma əslində onlar Rusiyada aparılıblar. 

Ümumilikdə bununla bağlı 190-a yaxın qanunsuz ixrac müəyyən edilib. Axtarışlar zamanı çoxsaylı sübutlar toplanıb. İş çərçivəsində 4,5 milyon avro dəyərində aktivlərə həbs qoyulub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO