ABŞ-ın İllinoys ştatının Olton şəhərində futbol stadionunun meydançası çöküb.
Bizim.Media xəbər verir ki, bu barədə “The Guardian” nəşri məlumat yayıb.
Futbol meydançasının ortasında yaranan çuxurun eni təxminən 30 metr, dərinliyi isə 9 metr olub.
Stadion rəhbərliyi çuxurun yeraltı mədənin çökməsi nəticəsində baş verdiyini ehtimal etdiklərini bildirib. Hadisə zamanı xəsarət alan olmayıb.
Bizim.Media