ABŞ qoşunlarının Əfqanıstanı tərk etdiyi dövrdə baş verən Qırğızıstan-Tacikistan münaqişəsi bir sıra sualları da bərabərində gətirib. Ümumilikdə, iki ölkə arasında münaqişənin əsas səbəbi kimi su mənbələrinə çıxış göstərilsə də, bu aysberqin görünən tərəfidir. Bu gərginliyi ABŞ-Rusiya arasında Navalnı məsələsi və Donbas münaqişəsindən sonra yeni nüfuz müharibəsi meydanı kimi xarakterizə edənlər heç də az deyil.
İki gün davam edən münaqişəni “Böyük güclər”in sınağı olaraq da adlandırmaq mümkündür. Güclərini nümayiş etdirmək üçün yeni münaqişə zonası axtarışında olan ABŞ və Rusiya bu təcrübə ilə istənilən zaman yenidən qızışdıra biləcəkləri ölkələri tapmış oldular.
Bəs, münaqişə tərəfləri kimi Qırğızıstan və Tacikistanın seçilməsinin səbəbləri nədir?
Bu iki ölkənin qarşı-qarşıya qoyulmasının əsas səbəbi məhz etnik müxtəliflikdir. İki fərqli etnos arasında baş verən münaqişə daha uzun müddət davam edə və istənilən vaxtı yenidən canlandırıla bilər. Münaqişə tərəfi kimi Qırğızıstana qarşı Özbəkistan və ya Qazaxıstan da seçilə bilərdi. Lakin yaxın milli mənşəyə malik iki ölkə arasında münaqişənin uzun müddət davam etməsi o qədər də inandırıcı görünmür. Çünki iki türk dövləti arasında baş verəcək münaqişə digər türk dövlətlərinin yardımı ilə qısa zamanda həll oluna bilər.
Farslarla etnik yaxınlığı olan taciklərin konfliktə cəlb olunması isə bu coğrafiyada min illərdir rəqabət halında olan iki böyük etnosu-türklər və fars mənşəliləri qarşı-qarşıya gətirə bilər.
Rusiya və ABŞ-ın heç bir vəhclə güclənməsini istəmədiyi və bölgədə böyük nüfuza malik olan iki ölkə-Türkiyə və İran arasında münasibətlərin gərginləşməsi, həm Vaşinqtonun, həm də Kremlinin maraqlarına tam uyğundur.
Digər bir səbəb isə ABŞ-Rusiya rəqabətinin Asiya-Sakit Okean bölgəsinə keçməsidir. Konfliktin baş verdiyi ərazinin Çinə yaxın olması “Yüksələn Güc”ün bölgədə artan nüfuzuna zərbə vurmaq üçün ən əlverişli münaqişə nöqtəsi hesab oluna bilər.
Gərginliyin artmasının növbəti səbəbi isə Rusiyadır. Çünki münaqişə Kremlinin maraqlarına daha çox uyğun gəlir. Tərəflər arasında gərginliyin artması Rusiyanın bölgəyə müdaxiləsini və Qarabağda olduğu kimi münaqişə zonasına sülhməramlılarını yerləşdirməsi ilə nəticələnə bilər. Gərginlik artıqdan sonra belə Rusiyanın sükutunu qoruması bu ehtimalı daha da gücləndirir.
Qeyd edək ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvləri olan bu iki ölkə Rusiyanın yaxın tərəfdaşlarıdır.
Xatırladaq ki,aprelin 28-29-da Qırğızıstan-Tacikistan sərhəddində tərəflər arasında münaqişə baş verib. Nəticədə, 50-dən çox insanın öldüyü bilirilib. Aprelin 30-da tərəflər arasında atəşkəs bərpa olunub. Hal-hazırda bölgədə sakitlik hökm sürür.
Murad Əhmədov, Bizim.Media.
- A-
- A
- A+
Dünya
09:35 / 04.05.2021
Su üstündən müharibəyə benzin tökən kimdir? – Qırğızıstanda super güclərin YENİ PLANI
Hazırda oxunan: Su üstündən müharibəyə benzin tökən kimdir? – Qırğızıstanda super güclərin YENİ PLANI
Hazırda oxunan: Su üstündən müharibəyə benzin tökən kimdir? – Qırğızıstanda super güclərin YENİ PLANI
19943
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.