Brüsseldə keçiriləcək Aİ sammiti çərçivəsində Avropa İttifaqı (Aİ) ilə Ukrayna arasında uzunmüddətli təhlükəsizlik sazişi imzalanacaq.
Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, Avropa İttifaqı Şurasının sədri Şarl Mişel Brüsseldə keçiriləcək Aİ sammitindən əvvəl Ukrayna prezidenti Vladimir Zelenski ilə birgə mətbuat konfransında bu barədə danışıb.
Bu gün Ukrayna ilə ikitərəfli təhlükəsizlik müqavilələri imzalamaq imkanımız olacaq. Ukraynanı sona qədər dəstəkləmək niyyətində olduğumuz mesajını verə bilməyimiz çox vacibdir”, - deyə Mişel qeyd edib.
Sanksiyalar çərçivəsində Aİ tərəfindən dondurulan Rusiya aktivlərindən gələn gəlirlərdən ilk transferin yaxın həftələrdə Ukraynaya ediləcəyini xatırladan Mişel, Ukrayna ilə üzvlük danışıqlarının başlamasına görə Zelenskini təbrik edib.
Zelenski isə bəyan edib ki, Aİ ilə ölkəsi arasında imzalanacaq təhlükəsizlik sazişi ilə 27 üzv dövlətin hər biri ilk dəfə Ukraynaya hərtərəfli dəstək verəcək.
Sazişə əsasən, Ukraynaya uzunmüddətli siyasi, hərbi və maliyyə dəstəyi göstəriləcək. Bu sazişin ölkə, NATO-nun təhlükəsizlik çətirinə daxil olana qədər qüvvədə qalması planlaşdırılır.
Müqavilə Ukrayna üçün müasir hərbi texnikanın tədarükü, kadr hazırlığı, minalardan təmizləmə, nüvə və kibertəhlükəsizlik sahəsində Ukraynaya dəstək, habelə ölkənin Aİ-yə üzvlüyü, ukraynalı qaçqınların müdafiəsi, məsul şəxslərin təqibi kimi müdafiə ilə bağlı təminatları ehtiva edir.
Bizim.Media
- A-
- A
- A+
Dünya
16:53 / 27.06.2024
Avropa İttifaqı Ukrayna ilə təhlükəsizlik sazişi İMZALAYACAQ
Hazırda oxunan: Avropa İttifaqı Ukrayna ilə təhlükəsizlik sazişi İMZALAYACAQ
Hazırda oxunan: Avropa İttifaqı Ukrayna ilə təhlükəsizlik sazişi İMZALAYACAQ
199337
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.