Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ona sual ünvanlayan xanım jurnalistin dırnaq boyalarına diqqət çəkib.
Bizim.Media "Cumhuriyet"ə istinadən xəbər verir ki, AKP sədri partiyasının qrup toplantısından sonra TBMM-i tərk etməyə hazırlaşarkən jurnalistlər ona sual vermək istəyiblər.
Jurnalist Rüya Ərkuş mikrafonu Ərdoğana uzadaraq sualı səsləndirib.
Ərdoğan xanımın rəngli dırnaq boyalarına işarə edib:
"Bu dırnaq boyaları nədir? Dırnaq boyalarının modeli qəribədir, mən yuxudayam?" ,- deyə soruşub.
O daha sonra AKP sözçüsü Ömər Çelikə dönərək partiya sözçüsü kimi bunu necə qiymətləndirəcəyini deyib.
Jurnalist isə dırnaqlarının boyasının yaya hazırlandığını qeyd edib.
Erdoğan'dan muhabire: 'Ben mi rüyadayım, bu ojeler ne?'
— Cumhuriyet (@cumhuriyetgzt) June 26, 2024
Bizim.Media