Avropa Birliyinin növbəti 5 illik idarəçiliyinin müəyyənləşəcəyi sammit sabah başlayacaq.
Avropa İttifaqı (Aİ) ölkələrinin liderləri daxili və xarici siyasi prioritetləri müəyyən etmək üçün sabahdan başlayacaq iki günlük sammitdə Birliyin növbəti 5 illik idarəçiliyinə qatılacaq liderlərlə görüşəcək.
Bizim.Media xəbər verir ki, Aİ-yə üzv 27 ölkənin dövlət və ya hökumət başçılarının iştirakı ilə sabah Belçikanın paytaxtı Brüsseldə başlayacaq Aİ Liderlər Zirvəsi iki gün davam edəcək.
2019-cu ildə başlayan dövrün son sammitində sonuncu dəfə iclasa Aİ Şurasının sədri Çarlz Mişel rəhbərlik edəcək. Sammitdə Aİ Komissiyasının sədri Ursula fon der Leyen və Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell də iştirak edəcək.
Zirvə həm də yanvarın 1-dən davam edən Belçikanın prezidentlik müddətinin sonuncu iclası olacaq.
6-9 iyun tarixlərində keçirilən Avropa Parlamenti (AP) seçkilərindən sonra ilk dəfə Aİ liderlərini rəsmi görüşdə bir araya gətirəcək sammitdə Birliyin gələcək 5 ili ilə bağlı ən mühüm qərarlar qəbul ediləcək.
Aİ-nin siyasi prioritetlərini müzakirə edəcək liderlər 5 illik “strateji gündəliyi” müəyyən edəcəklər. Daha sonra Birliyin daxili islahatları müzakirə olunacaq və planlar hazırlanacaq.
Sammitin Ukrayna gündəliyi
Sammitdə Ukrayna prezidenti Vladimir Zelenski də iştirak edəcək və liderləri sahədəki son vəziyyətlə bağlı məlumatlandıracaq.
Bundan əlavə, dünən Ukrayna ilə üzvlük danışıqlarına başlanılması və bir gün əvvəl Aİ tərəfindən sanksiya rejimi çərçivəsində dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəlirlərin Ukraynanın hərbi ehtiyacları üçün köçürülməsi ilə bağlı əldə olunan razılaşmadan sonra bu məsələlərlə bağlı qiymətləndirmələr aparılacaq.
Qəzzada vəziyyət
Qəzzadakı vəziyyətlə bağlı iclas da keçirəcək liderlər Beynəlxalq Ədalət Məhkəməsinin qərarlarının icrası, atəşkəs elan edilməsi, məhbusların azad edilməsi və humanitar yardımların verilməsi üçün birgə çağırış edəcəklər.
Sammitdə Aİ-nin iki dövlətli həllə sadiqliyi təsdiqlənəcək və ərəb tərəfdaşları, xüsusilə Fələstin administrasiyası ilə bu nəticəyə nail olmaq üçün mümkün səylər müzakirə olunacaq.
Bizim.Media
- A-
- A
- A+
Dünya
15:43 / 26.06.2024
Sabah Avropa Birliyinin növbəti 5 illik idarəçiliyinin müəyyənləşəcəyi sammit BAŞLAYIR
Hazırda oxunan: Sabah Avropa Birliyinin növbəti 5 illik idarəçiliyinin müəyyənləşəcəyi sammit BAŞLAYIR
Hazırda oxunan: Sabah Avropa Birliyinin növbəti 5 illik idarəçiliyinin müəyyənləşəcəyi sammit BAŞLAYIR
199122
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.