Yerevanda tələbələrlə polis arasında qarşıdurma

Yerevanda tələbələrlə polis arasında qarşıdurma

Hazırda oxunan: Yerevanda tələbələrlə polis arasında qarşıdurma

199116
Yerevanda tələbələrin etiraz aksiyası davam edir.

Virtualaz.org yerli KIV-ə istinadən bildirir ki, tələbələr parlament binasının qarşısında toplaşaraq etirazlarını bildirirlər.

"Elmin inkişafı naminə" hərəkatın üzvü Vaqan Kostanyan tələblərin təlsim olmayacağını bəyan edib. Daha sonra bir qrup tələbə parlamentə gedən yolu bağlayıb. Yerevan polisinin rəis müavini Valeri Osipyan tələbələri ərazini tərk etməyə çağırıb.xa0

Nəticədə polislərlə tələbələr arasında qarşıdurma yaranıb. Əraziyə əlavə polis qüvvələri çağırılıb. Amma polislər Baqramyan prospektindən etirazçı tələbələri uzaqlaşdıra bilməyib. Hazırda etiraz aksiyası davam edir.

Qeyd edək ki, erməni tələbələr hərbi xidmətdən möhlət hüququnun məhdudlaşdırılmasına etiraz olaraq bir neçə gündür Yerevan Dövlət Universitetinin, parlamentin, Müdafiə və Təhsil nazirliklərinin binaları yaxınlığında etiraz aksiyaları keçirirlər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO