BBC Raqqada sıxışdırılan 350 terrorçunun ABŞ əsgərləri tərəfindən şəhər kənarına aparıldığı anların görüntülərini yayıb.
Moderator.az Türkiyə mediasına istinadən xəbər verir ki, oktyabr ayında yüzlərlə İŞİD terrorçusu ABŞ və PKK/PYD ilə anlaşaraq şəhəri tərk etmişdi. Yayılan görüntülərdən sonra terrorçuların ABŞ əsgərlərinin qoruması altında şəhəri tərk etdiyi üzə çıxıb.

ABŞ-ın rəhbərlik etdiyi hərbi kaolisiya 350 terroçunun “gizli sövdələşmə”x9d ilə təxliyə edildiyini qəbul edib. Şəhərdən konvoyla ayrılan terrorçuların İraq və Türkiyə sərhəddinə çatdığı iddia olunur.
Terrror təşkilatı PKK/PYD Suriyanın Raqqa şəhərini İŞİD-dən almışdı. ABŞ-ın əli ilə işğal edilən Raqqa PKK-ya təslim edilmişdi. Terrorçular şəhərin mərkəzinə terrorçuların lideri Öcalanın portretini asmışdılar. Gizli sövdələşmənin görüntülərini yayan BBC daxil bir çoxxa0 Qərb media quruluşları Raqqanın PKK-nın əlinə keçməsini qələbə kimi təqdim etmişdi.xa0 xa0 xa0


































































































