Dağıstanda törədilən terror aktları nəticəsində ölənlərin sayı 25 nəfərə çatıb.
Bizim.Media xəbər verir ki, bu barədə “112” teleqram kanalı məlumat yayıb.
Bildirilib ki, Mahaçqala və Dərbənddə törədilən terror aktları nəticəsində 51 nəfər yaralanıb.
“Ölənlər arasında 15 polis əməkdaşı da var. Onlardan əlavə beş mülki şəxs terrorçuların qurbanı olub. Daha beş nəfərin şəxsiyyəti hələ müəyyən edilməyib”, - məlumatda bildirilib.
Qeyd edilib ki, 13 yaralının vəziyyəti ağırdır.
Xatırladaq ki, Dərbənd və Mahaçqalada naməlum şəxslər iki pravoslav kilsəsinə, sinaqoqa və yol polisi postuna hücum ediblər. İyunun 24, 25 və 26-sı Dağıstanda matəm günləri elan edilib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
11:48 / 25.06.2024
Dağıstandakı hadisələrdə ölənlərin sayı 25-ə ÇATDI
Hazırda oxunan: Dağıstandakı hadisələrdə ölənlərin sayı 25-ə ÇATDI
Hazırda oxunan: Dağıstandakı hadisələrdə ölənlərin sayı 25-ə ÇATDI
198921
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.