Fransa prezidenti Emmanuel Makron seçkilər fonunda Ukrayna haqqında danışmağı dayandırıb.
Bizim.Media xəbər verir ki, bu barədə "Le Monde" nəşrində dərc olmuş məqalədə deyilir.
“Parlamentin buraxılması nəticəsində baş verən “zəlzələ” Ukrayna məsələsini nəinki arxa plana keçirib, eləcə də bunu Avropa seçkilərinin məsələlərindən birinə çevirməyə çalışan Makronu susdurub”, - deyə nəşr yazır.
Məqalədə qeyd olunur ki, seçkilərdə dominantlıq edən iki blokda - Yeni Xalq Cəbhəsi və Milli Birlik partiyasında Ukrayna məsələsi praktiki olaraq unudulub.
Emmanuel Makron iyun ayında bildirmişdi ki, Paris ilin sonunadək Kiyevə “Mirage 2000-5” qırıcıları verəcək və ukraynalı pilotların təlimini təşkil edəcək.
Bizim.Media
- A-
- A
- A+
Dünya
11:30 / 25.06.2024
Makron Ukrayna haqqında danışmağı dayandırıb - "Le Monde"
Hazırda oxunan: Makron Ukrayna haqqında danışmağı dayandırıb - "Le Monde"
Hazırda oxunan: Makron Ukrayna haqqında danışmağı dayandırıb - "Le Monde"
198910
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.