Julian Assanj zaminə buraxıldı - VİDEO

Julian Assanj zaminə buraxıldı - VİDEO

Hazırda oxunan: Julian Assanj zaminə buraxıldı - VİDEO

198882

WikiLeaks-in qurucusu Julian Assanj Belmarş həbsxanasından azad edilərək Böyük Britaniyanı tərk edib. 

Bizim.Media xəbər verir ki, təşkilat X sosial şəbəkəsində onun Avstraliyaya uçan təyyarəyə minməsi ilə bağlı video yayımlayıb.

KİV yazır ki, Assanj istintaqın ona qarşı irəli sürdüyü 18 ittihamdan yalnız biri üzrə razılıq əldə edib.

Belə ki, razılaşmaya əsasən  ABŞ Ədliyyə Nazirliyinin prokurorları WikiLeaks-in yaradıcısı üçün 62 aylıq həbs tələb edəcəklər.

Xatırladaq ki, Assanj bu qədər müddəti artıq Böyük Britaniyada həbsxanada keçirib.

Ona qarşı məhkəmə qərarı isə iyunun 26-da ABŞ-ın qeyri-korporativ ərazisi hesab edilən Şimali Mariana adalarında çıxarılacaq.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO