Aİ Rusiyanın aktivlərindən 1,4 milyard avro gəlirin Ukrayna üçün xərclənməsini TƏSDİQLƏDİ

Aİ Rusiyanın aktivlərindən 1,4 milyard avro gəlirin Ukrayna üçün xərclənməsini TƏSDİQLƏDİ

Hazırda oxunan: Aİ Rusiyanın aktivlərindən 1,4 milyard avro gəlirin Ukrayna üçün xərclənməsini TƏSDİQLƏDİ

198847

Avropa İttifaqının (Aİ) xarici işlər nazirləri Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirləri Kiyevə silah tədarükü məqsədilə Avropa Sülh Fonduna köçürmək qərarına gəliblər.

Bizim.Media xəbər verir ki, bu barədə Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell məlumat verib.

O qeyd edib ki, Aİ yaxın vaxtlarda Ukraynaya Rusiyanın aktivlərindən əldə edilən gəlirdən 1,4 milyard avro, ilin sonuna qədər isə sursat, hava hücumundan müdafiə və silah istehsalına dəstək üçün 1 milyard avro ayıracaq:

“Bir Aİ ölkəsi isə Avropa Sülh Fondundan Kiyevə 6 milyard avrodan çox məbləğdə ödənişləri bloklamaqda davam edir”.
Borrelin sözlərinə görə, Aİ-Ukrayna təhlükəsizlik sazişinin hazırlanması bu ayın əvvəlində tamamlana bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO