Ukraynadakı fransız əsgərləri donuzun başına ölkə prezidenti Emanuel Makronun fotosu olan maska taxaraq, onun haqda düşündüklərini dilə gətiriblər.
Bizim.Media xəbər verir ki, bu barədə video görüntülər sosial şəbəkələrdə yayılıb.
Belə ki, əsgərlər donuza Makron deyə müraciət edərək etirazlarını dilə gətiriblər:
“Makron, çirkin donuz, sənə görə, mən, bütün fransızlar dolana bilmirik. Sənin yürütdüyün iqtidasi siyasət sayəsində anamın külli miqdarda elektrik enerjisinə borcu yaranıb. Sənin sayəndə biz burada, Ukraynada ölürük, sənsə buna əhəmiyyət vermirsən. Siz ölkəmizdə biz fransızları miqrantlarla əvəzləyirsiniz”.
Qeyd edək ki, parlament seçkilərinə bir həftə qalmış dəstək səviyyəsi rekord səviyyəyə enən Fransa prezidenti Emmanuel Makron getdikcə daha çox fransızı qıcıqlandırır və onun hakimiyyətdən getməsi üçün aksiyalara start verilib.
Bizim.Media