Kremldən Sevastopol hücumuna REAKSİYA:

Kremldən Sevastopol hücumuna REAKSİYA: "Bunun arxasında kimin dayandığını bilirik"

Hazırda oxunan: Kremldən Sevastopol hücumuna REAKSİYA: "Bunun arxasında kimin dayandığını bilirik"

198782

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Moskva Sevastopoldakı “barbar hücumun” arxasında kimin dayandığını bilir. 

Bizim.Media xəbər verir ki, bu barədə RBK nəşri yazıb. 

Onun sözlərinə görə, iyunun 23-də prezident Vladimir Putin insidentlə bağlı hesabatlar alıb, lazımi tapşırıqlarını verib:

"O, təhlükəsizlik qüvvələri və Səhiyyə Nazirliyi ilə daim əlaqə saxlayır".

"Prezident Krımda öz yaxınlarını itirən hər kəsə, Dağıstanda həlak olanların qohumlarına dərin hüznlə başsağlığı verir. Hamıya müvafiq yardım göstəriləcək”, - Rusiya dövlət başçısının mətbuat katibi bildirib.

Jurnalistlərin Krım və Dağıstandakı hadisələrin əlaqəsi olub-olmaması ilə bağlı sualına Peskov “Mən indi bu barədə heç nə deyə bilmərəm. İstintaq orqanları var ki, öz işi ilə məşğul olacaqlar" cavabını verib.
O, belə hücumlara görə Rusiyanın qisas alacağı barədə xəbərdarlıq edib. “Əlbəttə, ABŞ-ın rusiyalı mülki şəxslərin ölümü ilə nəticələnən hərbi əməliyyatlarda iştirakının nəticələri yaxşı ola bilməz. Bunu isə zaman göstərəcək”, - Peskov bildirib. 

Bununla belə, o əlavə edib ki, Putinin sülh şərtləri qüvvədə qalır. Peskov baş verən hadisələrlə bağlı Rusiyanın 2000-ci illərə qayıtmasını istisna edib. 

"Rusiya indi fərqli ölkədir, cəmiyyət tamamilə möhkəmlənib və dünən Dağıstanda gördüyümüz kimi cinayətkar terror təzahürləri nə Rusiyanın özündə, nə də Dağıstanda cəmiyyət tərəfindən dəstəklənmir", - Peskov qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO