İyunun 23-də Dağıstanda baş verən terror aktları 15-dən çox polis əməkdaşının həyatına son qoyub.
Bizim.Media xəbər verir ki, bunu Rusiya Federasiyasının Dağıstan Respublikasının rəhbəri Sergey Melikov bildirib.
Onun sözlərinə görə, 15-dən çox polis Dağıstanın əmin-amanlığını qoruyan zaman terror aktının qurbanı olub.
Qeyd edək ki, onlardan biri "Dağıstan İşıqları" rayon polis idarəsinin rəisi Mavludin Xıdırnəbiyevdir. O, terrorçularla atışma zamanı ağır yaralanaraq dünyasını dəyişib.
Bundan başqa 24, 25 və 26 iyun Dağıstanda matəm günləri elan edilib. Müvafiq fərmanı Sergey Melikov imzalayıb.
Xatırladaq ki, iyunun 23-ü axşam saatlarında Dərbənd və Mahaçqala şəhərlərində iki pravoslav kilsəsi, sinaqoq və yol polisi postuna silahlı basqın edilib.
Bizim.Media