Macarıstanın Baş naziri Viktor Orban Ursula fon der Lyayenin Avropa Komissiyasının (AK) sədri vəzifəsində qalmasına qarşı çıxıb.
Bizim.Media xəbər verir ki, bu barədə o, “Funke” media qrupuna verdiyi müsahibədə danışıb.
Onun sözlərinə görə, Avropaya daha effektiv liderlik lazımdır, bunu edə biləcək kifayət qədər istedadlı siyasətçilər var:
"Son beş il Aİ tarixində bəlkə də ən pis beş il olub. Avropa Komissiyasının və Brüssel elitasının tərəqqisi zəifdir”.
Bizim.Media