Dağıstanın (Rusiya Federasiyası) Dərbənd və Mahaçqala şəhərlərində baş verən terror aktları ilə bağlı cinayət işi açılıb.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Federasiyasının İstintaq Komitəsi məlumat yayıb.
Komitə bildirib ki, terror aktlarında iştirak edən şəxslərin müəyyən edilməsi üçün hadisə yerində müstəntiqlər və kriminoloqlar işləyir.
Bundan başqa Dağıstanın Dərbənd şəhərində bütün kütləvi tədbirlər ləğv edilib.
Qeyd edək ki, bu gün axşam saatlarında Dərbənd və Mahaçqala şəhərlərində iki pravoslav kilsəsi, sinaqoq və yol polisi postuna silahlı basqın edilib. Terror aktları nəticəsində, ilkin məlumatlara görə, Rus Pravoslav Kilsəsinin keşişi, mühafizəçi və polis əməkdaşları həlak olub.
Bizim.Media