“Vaqner” xüsusi hərbi təşkilatının eks-rəhbəri Yevgeni Priqojinin sensasion videosu yayılıb.
Bizim.Media xəbər verir ki, Priqojin öz müsahibəsində rus ordusunu və Rusiya dövlət rəhbərliyini təhqir edir və söyür.
Eyni zamanda Ukrayna ordusunun yenilməz gücündən danışır.
Xatırladaq ki, 2023-cü il avqustun 23-də – “vaqnerçilər”in qiyamından 2 ay sonra – Bakı vaxtı ilə saat 19:20-də Rusiyanın Tver vilayətinin Kujenkino qəsəbəsi ərazisində “Vaqner” özəl hərbi şirkətinin qurucusu və rəhbəri Yevgeni Priqojinə məxsus “Embraer Legacy 600” biznes təyyarəsi qəzaya uğrayıb.
Hava gəmisinin göyərtəsində Priqojindən başqa 6 sərnişin, o cümlədən dəstənin komandiri Dmitri Utkin və 3 ekipaj üzvü olub.
Həmin görüntünü təqdim edirik:
Bizim.Media