Rusiyanın Xarkova hücumu nəticəsində yaralananların sayı 43 nəfərə çatıb.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Dövlət Fövqəladə Xidməti məlumat yayıb.
Xarkov vilayəti administrasiyasının rəhbəri Oleq Sinegubov ikisi uşaq olmaqla 16 nəfərin xəstəxanaya yerləşdirildiyini qeyd edib.
Qeyd edək ki, Ukrayna prezidenti Volodimir Zelenski şəhərə hücum nəticəsində üç nəfərin həlak olduğunu bildirib.
Bizim.Media