Türkiyənin Kapadokya bölgəsində 22 sərnişini daşıyan hava şarı qayaların arasında ilişib.
Bizim.Media xəbər verir ki, bu barədə “Star” qəzeti məlumat yayıb.
Məlumata görə, Nevşehirin Göreme qəsəbəsində içərisində 20 turist, pilot və köməkçi pilotun olduğu turistlər üçün tur təşkil edən bir şirkətə aid hava şarı havada olarkən güclü külək başlayıb.
Şar vadinin yamacındakı qayalara çırpılaraq yerə enib.
Hadisəyə təcili tibbi yardım, polis və xilasetmə qrupları göndərilib. Hava şarında olan şəxslər təhlükəsiz şəkildə təxliyə edilib.
Hava şarının pilotu Caner Uzun jurnalistlərə açıqlamasında tez-tez bu cür hava ilə əlaqədar hadisələrlə qarşılaşdıqlarını bildirib:
“Saat 05.20-də Paşabağı bölgəsində havaya qalxdıq. Çavuşin xarabalıqlarını, Zelve Açıq Hava Muzeyini gəzdik və Sevgi Vadisində turumuzu tamamladıq. Daha sonra Sevgi ilə üzbəüz əraziyə eniş etməyi planlaşdırdıq. Bu zaman geriyə eniş baş verdi. Şar qayalara çırpılmağa bağladı, güclü küləyə baxmayaraq, sağ-salamat eniş edə bildik".
Bizim.Media