Evində 1,5 metr uzunluqda timsah saxlayan şəxs TUTULDU – FOTO 

Evində 1,5 metr uzunluqda timsah saxlayan şəxs TUTULDU – FOTO 

Hazırda oxunan: Evində 1,5 metr uzunluqda timsah saxlayan şəxs TUTULDU – FOTO 

198498

Evində 1,5 metr uzunluqda timsah saxlayan şəxs saxlanılıb.

Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbulda mənzillərin birində saxlanılan timsahın görüntüləri sosial şəbəkələrdə paylaşılıb.

Timsaha paltar geyindirib gəzdirən şəxs görüntüləri telefona çəkərək sosial şəbəkələrdə yayıb.

Bundan sonra polis şübhəlinin evində axtarış aparıb, şəxs saxlanılıb. Ədliyyəyə sövq edilən şübhəli şəxs növbətçi sülh cəza hakimi tərəfindən məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb.v Timsah isə Təbiəti Mühafizə və Milli Parklar Baş İdarəsinə təhvil verilib.
Xatırladaq ki, Türkiyədə nəsli kəsilməkdə olan Vəhşi Fauna və Flora Növlərinin Beynəlxalq Ticarətinə dair Konvensiya (CITES) çərçivəsində timsahların yaşayış yerində bəslənməsi qadağandır.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO