Milyarder İlon Mask 12-ci dəfə ata oldu

Milyarder İlon Mask 12-ci dəfə ata oldu

Hazırda oxunan: Milyarder İlon Mask 12-ci dəfə ata oldu

198482

 “SpaceX” şirkətinin qurucusu milyarder İlon Mask 12-ci dəfə ata olub.

Bizim.Media “Bloomberg“ə istinadən xəbər verir ki, gizli ata olan iş adamının son uşağının anası korporasiyasının top meneceri Siobhan Zilisdir.

İlon Mask daha əvvəl bildirmişdi ki, dünyada doğum nisbətinin azalması sivilizasiya üçün ən böyük təhlükədir.

Milyarderin 12-ci övladı bu ilin əvvəlində dünyaya gəlib. Bu, Elon Mask və 36 yaşlı Siobhan Zilisin üçüncü ortaq övladıdır. 2021-ci ildə onların əkiz övladları olub və Mask onlara soyadını verib. Onların münasibətləri ciddi şəkildə gizli saxlanılırdı və indi də cütlük münasibətlərini, xüsusən də statuslarının nə olduğunu şərh etmir.

Qeyd edək ki, İlon Maskın ilk evliliyindən altı oğlu var. Onların hamısı süni mayalanma proseduru ilə doğulublar. Xalq arasında Qrayms kimi tanınan kanadalı müğənni Kler Baucher ona iki oğul və bir qız verib. 
Planetin ən zəngin adamlarından biri müsahibəsində bildirib ki, dünyada doğum səviyyəsinin aşağı düşməsi sadəcə böhran deyil, sivilizasiyanın üzləşə biləcəyi ən böyük təhlükədir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO