Pxenyan Cənubi Koreya ilə sərhəddə demilitarizasiya zonası boyu səddin inşasına başlayıb.
Bizim.Media BBC News telekanalına istinadla xəbər verir ki, bunu iki ölkə arasındakı sərhədin yeddi kilometrlik hissəsinin peyk fotoşəkillərinin təhlili göstərib.
Fotoşəkillərdə sərhəd boyu ümumi uzunluğu təxminən 1 kilometrə çatan ən az üç səddin tikildiyi görünür. Onlar sərhədin şərq hüdudlarının yaxınlığında inşa olunub və digər hissələrdə də baryerlərin tikildiyi istisna edilmir.
Ekspertlər əldə edilən görüntülər sayəsində Koreyanın şimalı ilə cənubunu ayıran demilitarizasiya zonasında inşa işlər üçün torpaq sahələrinin təmizləndiyini aşkarlayıblar.
Qeyd edək ki, demilitarizasiya zonası 38-ci paraleldən keçərək KXDR və Koreya Respublikasını ayıran 240 kilometr uzunluğunda və 4 kilometr enində bufer xəttidir. O, 1953-cü ildə ölkələr arasında aktiv hərbi əməliyyatlara son qoyan atəşkəs sazişinin imzalanması nəticəsində yaranıb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
13:38 / 22.06.2024
KXDR Cənubi Koreya ilə sərhəddə divar tikir
Hazırda oxunan: KXDR Cənubi Koreya ilə sərhəddə divar tikir
Hazırda oxunan: KXDR Cənubi Koreya ilə sərhəddə divar tikir
198471
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.