Britaniyanın ən varlı ailəsinin dörd üzvü evlərindəki qulluqçuları istismar etməkdə və icazəsiz işlə təmin etməkdə təqsirli bilinərək həbs cəzası alıblar.
Bizim.Media xəbər verir ki, bu barədə “Sky News” kanalı məlumat yayıb.
Prakaş Hinduca və həyat yoldaşı Kamal, oğulları Ajay və onun həyat yoldaşı Namrata Hinduca Cenevrədə göl kənarındakı villalarında işləyən qulluqçularını istismar etdikləri üçün İsveçrə məhkəməsi tərəfindən cəzalandırılıblar.
Onlar hindistanlı işçilərin pasportlarını ələ keçirməkdə, onlara İsveçrə frankı ilə deyil, rupi ilə ödəniş etməkdə, villadan çıxmalarına qadağa qoymaqda və onları uzun müddət işləməyə məcbur etməkdə ittiham olunublar.
Hinduca ailəsi onlara qarşı ittihamlar irəli sürən üç işçi ilə məhkəmədən kənar məxfi razılaşma əldə ediblər.
Buna baxmayaraq, məhkəmə ittihamların ağırlığını nəzərə alaraq işi davam etdirmək qərarına gəlib. Nəticədə ailənin üzvləri, dörd il yarımadək həbs cəzasına məhkum ediliblər. Müttəhimlər Cenevrədə məhkəmədən apellyasiya şikayəti verəcəklərini bildiriblər.
Hinduca ailəsi 37 milyard funt sterlinqlik sərvətlə “Sunday Times”ın tərtib etdiyi “Britaniyanın ən zənginləri” siyahısına başçılıq edir.
Bizim.Media
- A-
- A
- A+
Dünya
11:10 / 22.06.2024
Britaniyanın ən varlı ailəsinin üzvləri həbs edildi
Hazırda oxunan: Britaniyanın ən varlı ailəsinin üzvləri həbs edildi
Hazırda oxunan: Britaniyanın ən varlı ailəsinin üzvləri həbs edildi
198450
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.