Türkiyənin Diyarbakır və Mardində baş verən meşə yanğınlarında xeyli sayda vəhşi heyvan tələf olub.
Bizim.Media xəbər verir ki, bu barədə ölkənin Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.
Məlumata görə, həmçinin yanğın zamanı xeyli sayda vəhşi heyvan xəsarət alıb. Ölkənin kənd təsərrüfatına ciddi ziyan dəyib.
Qeyd edək ki, ötən gün Türkiyənin Diyarbakır vilayətinin Çinar, Mardin vilayətinin Mazıdağı rayonları arasındakı əkin sahəsində yanğın olub. Hadisə nəticəsində 11 nəfər həlak olub, 78 nəfər zərər çəkib.
Bizim.Media