“Harri Potter”in ilk nəşri hərraca ÇIXARILDI

“Harri Potter”in ilk nəşri hərraca ÇIXARILDI

Hazırda oxunan: “Harri Potter”in ilk nəşri hərraca ÇIXARILDI

198376

Dünyaca məşhur “Harri Potter”in ilk nəşri hərraca çıxarılıb.

Bizim.Media xəbər verir ki, 1997-ci ildə Londonun Bloomsbury nəşriyyatı tərəfindən dərc edilən kitab Edinburqda bir auksionda hərraca çıxarılıb.

Nadir cildli kitaba 45,201 funt sterlinq (təxminən 53,500 avro) qiymət qoyulub.

Qeyd edək ki, “Harri Potter və Fəlsəfə Daşı” kitabının ilk nəşri cəmi 500 ədəd dərc edilib. Daha sonra bu uşaq romanı dünya bestsellerinə çevrilib. 

İlk nəşrin təxminən 300 nüsxəsi kitabxanalarda saxlanılır və yalnız 200-ü pərakəndə satışa buraxılıb.

Kolleksiyaçılar üçün kitabda xüsusilə dəyərli olan odur ki, nəşr ilk olduöu üçün onda bir neçə səhv var. Məsələn, cildin bir yerində “Filosfer” adlandırılan çubuq 53-cü səhifədə “sehrli çubuq” ifadəsi ilə əvəzlənib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO