105 yaşlı amerikalı qadın Stanford Universitetinin magistr diplomunu aldı

105 yaşlı amerikalı qadın Stanford Universitetinin magistr diplomunu aldı

Hazırda oxunan: 105 yaşlı amerikalı qadın Stanford Universitetinin magistr diplomunu aldı

198162

105 yaşlı amerikalı Vircinia Hislop Stanford Universitetində magistr proqramına başladıqdan 83 il sonra, yəni bu həftənin sonunda magistr dərəcəsi alıb.

Bizim.Media ABC telekanalına istinadən xəbər verir ki, bu barədə informasiyanı Stanford Universitetinin saytı yayıb.

Mənbə yazır ki, 1936-cı ildə təhsil sektorunda işə başlamış, bakalavr təhsili almaq və sonra magistr olmaq niyyətində olan Hislop 1940-cı ildə bakalavr təhsilini bitirsə də, İkinci Dünya müharibəsi başlayanda universiteti tərk edib. Yalnız kurs işini bitirdikdən sonra və son dissertasiyasını təqdim etməzdən əvvəl onun Ehtiyat Zabitlər Təlim Korpusunda (ROTC) magistr təhsili alan sevgilisi hərbi xidmətə çağırılıb. Bu, cütlüyün evlənməsinə və Hislopun Stanford Universitetini tərk etməsinə səbəb olub.

Ömrü boyu təhsil sektorunda çalışan Hislop 83 illik fasilədən sonra Stanforda qayıdıb və onilliklər əvvəl - İkinci Dünya müharibəsi ərəfəsində başladığı işi bu həftə tamamlayıb. Universitetin fakültə dekanı Deniel Şvarts diplomun təqdimatı mərasimində deyib: “Bu gün biz 105 yaşlı məzunumuza təhsil sahəsində magistr dərəcəsi verməkdən qürur duyuruq”.

Stanford Universitetində magistr dərəcəsi diplomunu almaq üçün səhnəyə çıxan 105 yaşlı qadını alqışlayanlar arasında onun nəticələri və kötücələri də olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO