"Şimal-Cənub" dəhlizinin daha bir hissəsi istifadəyə verildi - VİDEO

Hazırda oxunan: "Şimal-Cənub" dəhlizinin daha bir hissəsi istifadəyə verildi - VİDEO

198126

İranda “Şimal-Cənub” nəqliyyat dəhlizinin bir hissəsi olan dəmir yolu xətti istifadəyə verilib.

Bizim.Media xəbər verir ki, bu barədə görüntüləri İran KİV-i yayıb.

Mənbə yazır ki, 37 km uzunluğunda dəmir yolu Rəşti ölkənin şimalındakı liman infrastrukturu ilə birləşdirir və Rəşt-Astara xəttinin başlanğıc parçasıdır.
Növbəti mərhələdə Xəzər limanı adlanan ərazidən Astarayadək dəmiryol xəttinin inşası nəzərdə tutulur.

Dəmir yolunun açılışında İran prezidenti vəzifəsini icra edən Məhəmməd Mohber iştirak edib.

“Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi Avropadan Hindistanın Mumbay limanınadək uzanan marşrutdur.

Ötən il Moskva və Tehran İran ərazisində dəhlizin yekunlaşmamış Rəşt-Astara dəmiryol hissəsinin tikintisinə dair sənədlər imzalayıblar.
 

 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO