Xəbər verildiyi kimi Şimali Koreyada səfərdə olan Rusiya Prezidenti Vladimir Putinin bu ölkənin lideri Kim Çen In ilə görüşü baş tutub.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, görüşdən əvvəl paytaxtın Kim İr Sen meydanında Rusiya Prezidentinin rəsmi qarşılanma mərasimi olub. Putin üçün qarşılanma mərasimi bayram çoşqusu ilə yadda qalıb.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putinin Şimali Koreyaya səfəri iyunun 18-dən başlayıb. Bu, Rusiya dövlət başçısının 2000-ci ilin iyulundan bəri KXDR-ə ilk səfəridir.
Bizim.Media