Gürcüstanda “Ailə dəyərlərinin və yetkinlik yaşına çatmayanların müdafiəsi haqqında” qanun qüvvəyə mindikdən sonra cinsiyyətin dəyişdirilməsi, eynicinsli münasibətlər və qohumluq əlaqələrinin təbliğinə yönəlmiş kütləvi toplantı, eləcə də nümayişlərin keçirilməsinə qadağa qüvvəyə minəcək.
Bizim.Media xarici KİV-ə istinadən verir ki, bu barədə Gürcüstan mətbuatı məlumat yayıb.
“İclaslar və nümayişlər haqqında” qanuna müvafiq düzəlişlər Gürcüstan Parlamentinin Hüquq Komitəsinin baxmağa başlayacağı “Ailə dəyərlərinin və yetkinlik yaşına çatmayanların müdafiəsi haqqında” yeni konstitusiya qanunundan irəli gələn 18 qanun layihəsinin bir hissəsidir.
Dəyişikliklərə əsasən, şəxsin bioloji cinsindən fərqli cinsə mənsubluğunu, eyni cinsdən olan şəxslər arasında cinsi oriyentasiyaya əsaslanan münasibətləri və ya qohumluq əlaqəsini təbliğ etmək məqsədi daşıyan ictimai toplantıların keçirilməsi qadağan ediləcək.
Bu halda polisin analoji mövzuda aksiyanın dayandırılmasını tələb etmək, tələb təmin edilmədikdə isə 15 dəqiqədən sonra qanunla nəzərdə tutulmuş tədbirləri görmək hüququ olacaq.
“Söz və ifadə azadlığı haqqında” qanuna da əlavələr edilir. Qanunda göstəriləcək ki, bu azadlıqlar “Ailə dəyərlərinin və yetkinlik yaşına çatmayanların müdafiəsi haqqında” qanunun tələbləri əsasında məhdudlaşdırıla bilər.
Bizim.Media
- A-
- A
- A+
Dünya
10:12 / 19.06.2024
Gürcüstan eynicinsli nikahları və cinsiyyət dəyişdirilməsini QADAĞAN edir
Hazırda oxunan: Gürcüstan eynicinsli nikahları və cinsiyyət dəyişdirilməsini QADAĞAN edir
Hazırda oxunan: Gürcüstan eynicinsli nikahları və cinsiyyət dəyişdirilməsini QADAĞAN edir
197947
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.