Rusiyanın Soçi şəhərində Riviera çimərliyində nəhəng dalğa qızı yuyub aparıb.
Bizim.Media Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə iyunun 16-da baş verib.
Belə ki, dənizdə fırtına zamanı 20 yaşlı qız sevgilisi ilə çimərliyə gedib. Cütlük dənizə girmək istəyib və bu zaman dalğalar onları yıxıb.
Oğlan sudan çıxıb, lakin qız xilas ola bilməyib. Artıq iki gündür ki, xilasedicilər qızı axtarsalar da, hələlik heç bir nəticə yoxdur.
Bizim.Media