Putin qardaşı qızına vəzifə verdi - FOTO

Putin qardaşı qızına vəzifə verdi - FOTO

Hazırda oxunan: Putin qardaşı qızına vəzifə verdi - FOTO

197827

Rusiya prezidenti Vladimir Putinin müdafiə nazirinə təyin etdiyi müavinlərdən biri qardaşı qızıdır.

Bizim.Media xəbər verir ki, Putin müdafiə nazirinə yeni müavinlər təyin edib.

Ölkə başçısının müvafiq sərəncamları ilə Leonid Qornin müdafiə nazirinin birinci müavini, Anna Tsivileva və Pavel Fradkovu isə nazir müavinləri təyin ediliblər.

Vəzifə verilənlərdən biri- Anna Tsivileva Putinin bu yaxınlarda vəfat etmiş ögey qardaşı Yevgeni Putinin qızıdır.

Rusiya dövlət başçısının digər sərəncamları ilə Nikolay Pankov, Ruslana Tsalikova, Tatyana Şevtsova və Pavel Popov müdafiə nazirinin müavini vəzifələrindən azad ediliblər.

Putin həmçinin müdafiə nazirinin iki "birinci müavin" daxil olmaqla 12 müavini olması haqqında sərəncam imzalayıb. İndiyə kimi Rusiya MN başçısının 10 müavini vəzifəsi olub.








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO