NATO Ukrayna müharibəsinə müdaxilə etməyə hazırlaşır? – NATO-dan EKSKLÜZİV AÇIQLAMA

NATO Ukrayna müharibəsinə müdaxilə etməyə hazırlaşır? – NATO-dan EKSKLÜZİV AÇIQLAMA

Hazırda oxunan: NATO Ukrayna müharibəsinə müdaxilə etməyə hazırlaşır? – NATO-dan EKSKLÜZİV AÇIQLAMA

197825

Son günlərdə Rusiya Ukrayna müharibəsi yenidən dünya siyasi gündəminin əsas müzakirə mövzusuna çevrilməyi bacarıb. Xüsusilə də, ABŞ-ın öz silahlarından tam istifadə ilə bağlı Ukraynaya səlahiyyət verməsi, Ukraynanın NATO üzvlüyü ilə bağlı məsələlərlə bağlı müntəzəm açıqlamalar gəlməkdədir.

Eyni zamanda, Alyans ölkələrindən Ukraynaya ordu göndərilməsi ilə bağlı çağırışlar xeyli artıb. Həmçinin NATO-nun Ukraynaya yardımları artırması fonunda müharibənin Rusiya-NATO mərhələsinə keçməsi ehtimalı daha da aktuallaşıb. 

Bəs, NATO Ukraynaya yardımları davam etdirəcəkmi? Ukrayna-Rusiya müharibəsi NATO-Rusiya müharibəsilə əvəz edilə bilərmi?

Mövzu ilə bağlı NATO-nun mətbuat katibi, Alyansın Əfqanıstandakı keçmiş siyasi müşaviri, Daniele Riggio Bizim.Media-nın sorğusunu cavablandırıb. O, bildirib ki, qeyd olunan sualların bir çoxu artıq müzakirə edilib.

Riggio sorğumuza cavabında Alyansın baş katibi Yens Stoltenberqin NATO müdafiə nazirlərinin keçən həftə keçirilən iclasında mövzu ilə bağlı səsləndirdiyi fikirlərə istinad edib:

“NATO Ukrayna silahlı qüvvələrinin Alyansa üzv ölkələrin təlim müəssisələrində təşkil olunan təlimlərinə nəzarət edəcək, yardımların planlaşdırılması və koordinasiyası vasitəsilə Ukraynaya dəstək verəcək. Həmçinin Ukrayna Silahlı Qüvvələrinin uzunmüddətli inkişafına dəstək davam edəcək. Bu səylər NATO-nu münaqişə tərəfinə çevirməsə də, Ukraynanın özünümüdafiə hüququnu müdafiə etmək üçün dəstəyimizi artıracaq. Son həftələrdə biz Rusiyanın təxribat, kiberhücumlar, instrumental miqrasiya və digər düşmənçilik hərəkətlərinin artdığını gördük. Biz Rusiyanın təxribatlarına necə cavab verəcəyimizi də ölçüb-biçəcəyik”.

Tehran Orucoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO