İsveçrənin Bürgenstok şəhərində keçirilən foruma bənzər Ukrayna ilə bağlı növbəti konfrans böyük ehtimalla Avropa ölkələrindən birində baş tutmayacaq.
Bizim.Media xəbər verir ki, bu barədə İsveçrə Federal Xarici İşlər Nazirliyinin beynəlxalq təhlükəsizlik departamentinin rəhbəri Qabriel Luhinger “SRF” telekanalına müsahibəsində deyib.
“Konfrans təbii ki, Avropada və ya Qərbdə baş tutmayacaq. Biz Bürgenstokda bu məsələdə maraqlı olan ölkələrlə danışıqlar aparmışıq. Qərar vermək onların ixtiyarındadır”, - Luhinger vurğulayıb.
İsveçrə XİN-in nümayəndəsi onu da qeyd edib ki, növbəti konfransda Rusiya hansısa formada işə inteqrasiya edilməlidir.
Bizim.Media
- A-
- A
- A+
Dünya
07:29 / 18.06.2024
İsveçrə XİN: Ukrayna ilə bağlı növbəti konfrans Avropada keçirilməyəcək
Hazırda oxunan: İsveçrə XİN: Ukrayna ilə bağlı növbəti konfrans Avropada keçirilməyəcək
Hazırda oxunan: İsveçrə XİN: Ukrayna ilə bağlı növbəti konfrans Avropada keçirilməyəcək
197800
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.