Lənkəran rayonunda şirkət rəhbərinə qarşı xuliqanlıq etmiş Təngivan kənd sakini, 1962-ci il təvəllüdlü Əlibala Nemətov (soyad şərtidir) cinayət məsuliyyətinə cəlb edilib.
Bizim.Media publika.az-a istinadən xəbər verir ki, hadisə kənd ərazisində yerləşən qum-çınqıl yatağında baş verib.
Əlibala Nemətov qum-çınqıl istehsalı müəssisəsinin yaşadığı evə yaxın olmasını, həmin müəssisənin səhər tezdən yüksək siqnalla işə salınmasını, dəfələrlə etdiyi şikayətlərin nəticəsinin olmamasını bildirib. O, səhər saatlarında yaşadığı evdən özü ilə 1 ədəd bir litrlik plastik butulkada benzin götürərək müəssisənin həyətinə gəlib. Burada Əlibala müəssisənin rəhbəri Şaiq Babayevlə dalaşaraq onlardan fəaliyyətlərini dayandırmağı tələb edib. Həmçinin uca səslə söyüş söyüb, əlindəki benzini direktorun üstünə töküb və ona yüngül xəsarətlər yetirib.
Ətrafdakı şəxslərin və oraya gələn polisin iştirakı ilə Əlibala saxlanılıb.
Onun barəsində Lənkəran ŞRPŞ-də Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq - silah və ya silah qismində əşya tətbiq etməklə) maddəsi ilə cinayət işi açılıb.
Cinayət işinə Lənkəran rayon Məhkəməsində baxılıb. Məhkəmənin bir neçə gün öncə çıxardığı hökmlə 62 yaşlı Əlibala Nemətova 1 il azadlığın məhdudlaşdırılması cəzası verilib. Onun bədəninə eletrok qolbaq yerləşdirilib və yaşadığı yeri tərk etməmək kimi vəzifələr üzərinə qoyulub.
Bizim.Media
- A-
- A
- A+
Dünya
22:32 / 17.06.2024
Azərbaycanda vəzifəli şəxsin üstünə benzin TÖKDÜLƏR
Hazırda oxunan: Azərbaycanda vəzifəli şəxsin üstünə benzin TÖKDÜLƏR
Hazırda oxunan: Azərbaycanda vəzifəli şəxsin üstünə benzin TÖKDÜLƏR
197791
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.