Orban Meloni ilə Avropa Parlamenti seçkilərinin nəticələrini müzakirə ETDİ

Orban Meloni ilə Avropa Parlamenti seçkilərinin nəticələrini müzakirə ETDİ

Hazırda oxunan: Orban Meloni ilə Avropa Parlamenti seçkilərinin nəticələrini müzakirə ETDİ

197787

Macarıstanın baş naziri Viktor Orban Brüsseldə Aİ-nin qeyri-rəsmi sammiti başlamazdan əvvəl italiyalı həmkarı Giorgia Meloni ilə bəzi məsələlər, xüsusən də Avropa Parlamentinə seçkilərdən sonra sağçı partiyaların vəziyyəti ilə bağlı məsləhətləşmələr aparıb.

Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə Macarıstan hökumətinin başçısının mətbuat katibi Bertalan Havaşi bildirib .

Görüşdə Avropa Parlamentinə seçkilərin nəticələri, Avropa hüququ ilə bağlı siyasi məsələlər, Avropa Dövlət və Hökumət Başçıları Şurasının qarşısında duran vəzifələr, həmçinin Macarıstanın Aİ-də sədrliyi ilə bağlı planlar müzakirə edilib.
İyunun 17-də axşam Brüsseldə Avropa İttifaqı liderlərinin qeyri-rəsmi görüşü baş tutacaq. Burada Avropa Parlamentinə keçmiş seçkilər nəzərə alınmaqla kadr məsələləri, o cümlədən Avropa Şurası və Avropa Komissiyasının sədrləri vəzifələrinə namizədlər müzakirə olunacaq. İyunun 27-28-də keçiriləcək sammitdə icmada kadr dəyişiklikləri ilə bağlı yekun qərarlar veriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO