Putindən TAPŞIRIQ: Ailələrə 100 min rubl veriləcək

Putindən TAPŞIRIQ: Ailələrə 100 min rubl veriləcək

Hazırda oxunan: Putindən TAPŞIRIQ: Ailələrə 100 min rubl veriləcək

197666

Rusiya Prezidenti Vladimir Putin regional hakimiyyət orqanlarına əhalinin mənzillərini qaz şəbəkəsinə qoşa bilməsi üçün pul ayırmağı tapşırıb. 


Sfera.az xəbər verir ki, bu haqda məlumatı TASS yayıb. 


Məlumata əsasən, bu məqsədlə ehtiyacı olan ailələrə zəruri avadanlıqların alınması və qoşulma xərcləri üçün 100 min rubl (2600 manat) məbləğində subsidiyalar ayrılacaq.


Putin deyib ki, bir çox rusiyalının ailə büdcəsi qaz avadanlıqlarının alınması və quraşdırılması xərclərini ödəməyə imkan vermir:

 

“Bu, ilk növbədə, çoxuşaqlı ailələrə, veteranlara, əlillərə və aztəminatlı ailələrə aiddir. Belə bir vəziyyətdə bu kateqoriyadan olan vətəndaşlara kömək etmək lazımdır”. 


Bununla belə, Putin qeyd edib ki, bütün regionların qaza qoşulmağa ehtiyacı olan vətəndaşlara hər birinə 100 min rubl vermək imkanı yoxdur.


Qeyd edək ki, 2021-ci ilin iyununda Vladimir Putin pulsuz qazlaşdırma haqqında qanunu imzalayıb. Birinci mərhələ 2023-cü ilə, ikinci mərhələ 2030-cu ilə qədər həyata keçirilməlidir. 


Vasif,
Sfera.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO