Qaziantepdə ağır yol qəzası: 2 ölü, 3 yaralı var

Qaziantepdə ağır yol qəzası: 2 ölü, 3 yaralı var

Hazırda oxunan: Qaziantepdə ağır yol qəzası: 2 ölü, 3 yaralı var

197610

Türkiyənin Qaziantep şəhərində minik avtomobili və kiçik ticari avtomobilin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində iki nəfər ölüb, üç nəfər isə yaralanıb.

Bizim.Media xəbər verir ki, bu barədə İHA məlumat yayıb.

“Qəza Qaziantep-Kilis avtomobil yolunun Zeytinli məhəlləsi ətrafında baş verib. Kiçik ticari avtomobil və minik avtomobilinin toqquşması nəticəsində 2 nəfər ölüb, 3 nəfər yaralanıb”, – agentlik bildirib.

Qeyd olunub ki, ölənlərin hər ikisi hadisə yerində keçinib. Yaralılar Qaziantepdəki xəstəxanalara aparılıblar.

Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO