Şahzadə xərçəngə yoluxduğunu açıqladıqdan sonra ilk dəfə ictimaiyyət qarşısına ÇIXDI - VİDEO

Şahzadə xərçəngə yoluxduğunu açıqladıqdan sonra ilk dəfə ictimaiyyət qarşısına ÇIXDI - VİDEO

Hazırda oxunan: Şahzadə xərçəngə yoluxduğunu açıqladıqdan sonra ilk dəfə ictimaiyyət qarşısına ÇIXDI - VİDEO

197594

Uels şahzadəsi Keyt Middleton xərçənglə mübarizə apardığını elan etdikdən sonra ilk dəfə ictimaiyyət qarşısına çıxıb.

Bizim.Media xəbər verir ki, iyunun 15-də şahzadə Keyt Kral III Çarlzın doğum gününü qeyd etmək üçün keçirilən mərasimdə iştirak edib.

Kral ailəsinin Bukingem sarayının eyvanında keçirilən ənənəvi görüşündən əvvəl Keyt övladları ilə birlikdə Atlı Mühafizəçilər Paradını izləyib. 

O əvvəlcə ayaq üstə dayansa da sonra ona oturacaq təşkil edilib və Keyt paradı oturaraq izləyib.

Britaniya mediası bunun kral qaydalarına zidd olduğunu bildirib.

Bir çox insanlar isə uzun müddət ictimai tədbirlərdən kənarda qaldıqdan sonra şahzadəni görməyə şad olublar.
 

Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO