“Survivor” finalçılarını daşıyan avtomobilin sürücüsü CƏRİMƏLƏNDİ - VİDEO

“Survivor” finalçılarını daşıyan avtomobilin sürücüsü CƏRİMƏLƏNDİ - VİDEO

Hazırda oxunan: “Survivor” finalçılarını daşıyan avtomobilin sürücüsü CƏRİMƏLƏNDİ - VİDEO

197572

Türkiyənin məşhur “Survivor” yarışmasının final gecəsində baş verən hadisə sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Bizim.Media xəbər verir ki, final çəkilişlərinə gedən iştirakçıların olduğu avtomobilə qanunla qadağan olunmuş müdaxilələr edilib.

Belə ki, finalçıları daşıyan avtomaşının sürücüsü nəqliyyat vasitəsinə rəngli işıq və səs siqnalı kimi qurğular quraşdırıb.

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya məsələyə hüquqi çərçivədə qiymət verildiyini açıqlayıb.

“Nəqliyyat vasitəsinin sürücüsü barəsində inzibati cərimə tətbiq edilib və maşından siren sistemi sökülüb. Təcili yardım, yanğınsöndürmə və polis əməkdaşları üçün nəzərdə tutan xidməti avtomobillərdə istifadəsinə icazə verilən sirenaların yol hərəkətində prioriteti insan sağlamlığı və cinayətkarlarla mübarizəyə yönəlib.

Bu səs qurğularından qeyri-qanuni şəkildə istifadə edənlərə qarşı tədbirlər görüləcək, bənzər hadisələrin yaşanmasına yol verilməyəcək”, - deyə nazir qeyd edib.

 

 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO