Rostov istintaq təcridxanasında əməkdaşları girov götürən məhkumlardan bir neçəsinin şəxsiyyəti artıq müəyyən edilib.
Bizim.Media xəbər verir ki, təcridxanada üsyan edənlərdən Akiyev Şamil, Qiriyev Tamerlan, Tsiskiyev Azamat Karaçay Çərkəz Respublikası ərazisində terror aktı törətməkdə təqsirli bilinərək 18 il azadlıqdan məhrum ediliblər.
Belə ki, sözügedən şəxslər Qaraçay-Çərkəz Respublikası Ali Məhkəməsinin binasına terror aktı cəhdində ittiham ediliblər. Onlar İŞİD-in tərkibində döyüşdüklərinə görə 2023-cü ilin dekabrında mühakimə olunublar.
Digər iki nəfərin şəxsiyyəti dəqiqləşdirilir.
Qeyd edək ki, cinayətkarlar avtomobil, silah və təcridxananı tərk etmək imkanı tələb edirlər.
Bizim.Media