Rusiyada təcridxana əməkdaşlarını girov götürənlər İŞİD üzvləridir - VİDEO

Rusiyada təcridxana əməkdaşlarını girov götürənlər İŞİD üzvləridir - VİDEO

Hazırda oxunan: Rusiyada təcridxana əməkdaşlarını girov götürənlər İŞİD üzvləridir - VİDEO

197551

Rostov istintaq təcridxanasında əməkdaşları girov götürən məhkumlardan bir neçəsinin şəxsiyyəti artıq müəyyən edilib.

Bizim.Media xəbər verir ki, təcridxanada üsyan edənlərdən Akiyev Şamil, Qiriyev Tamerlan, Tsiskiyev Azamat Karaçay Çərkəz Respublikası ərazisində terror aktı törətməkdə təqsirli bilinərək 18 il azadlıqdan məhrum ediliblər.

Belə ki, sözügedən şəxslər Qaraçay-Çərkəz Respublikası Ali Məhkəməsinin binasına terror aktı cəhdində ittiham ediliblər. Onlar İŞİD-in tərkibində döyüşdüklərinə görə 2023-cü ilin dekabrında mühakimə olunublar.

Digər iki nəfərin şəxsiyyəti dəqiqləşdirilir.

Qeyd edək ki, cinayətkarlar avtomobil, silah və təcridxananı tərk etmək imkanı tələb edirlər.
 


Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO