Hakan Fidan: “Müharibə Ukraynanın hüdudlarından kənara çıxa bilər”

Hakan Fidan: “Müharibə Ukraynanın hüdudlarından kənara çıxa bilər”

Hazırda oxunan: Hakan Fidan: “Müharibə Ukraynanın hüdudlarından kənara çıxa bilər”

197518

“Rusiya Federasiyasının iştirakı ilə Ukrayna ilə bağlı Sülh Sammiti daha effektli olardı”.

Bizim.Media xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan İsveçrədə Ukrayna ilə bağlı keçirilən sülh konfransında çıxışı zamanı deyib.

Hakan Fidan bildirib ki, Türkiyə diplomatiya və danışıqlar yolu ilə müharibənin tezliklə dayandırılmasının tərəfdarıdır. 

Onun sözlərinə görə, vəziyyət hər gün daha da pisləşə bilər və coğrafi baxımdan bu müharibə Ukraynanın hüdudlarından kənara çıxa bilər.

Tədbirin bir çox iştirakçısı kimi Fidan da bu sammitin Rusiya Federasiyasının iştirakı ilə daha səmərəli olacağını vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO