Zelenski sülh sammitinin AÇILIŞINDA: “Rusiya tərəfi burada deyil, çünki…”

Zelenski sülh sammitinin AÇILIŞINDA: “Rusiya tərəfi burada deyil, çünki…”

Hazırda oxunan: Zelenski sülh sammitinin AÇILIŞINDA: “Rusiya tərəfi burada deyil, çünki…”

197486

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın İsveçrədə keçirilən ilk sülh sammitində iştirak etməməsinin səbəblərini izah edib.

Bizim.Media xəbər verir ki, Zelenski bunu Moskvanın sülh danışıqlarında maraqlı olmaması ilə əlaqələndirib:

“Rusiya niyə burada deyil, əgər Rusiya sülhdə maraqlı olsaydı burada olardı. Biz dünya üçün ədalətli sülhün nə demək olduğunu və bunun uzunmüddətli perspektivdə necə əldə oluna biləcəyinə birlikdə qərar verməliyik.

Və sonra  sammit iştirakçıları tərəfindən razılaşdırılan və xalqlar üçün şəffaf  hesab edilən fəaliyyət planı masanın üzərinə qoyulanda, Rusiya nümayəndələrinə təqdim olunacaq”, - deyə Ukrayna prezidenti sülh sammitinin açılışında bildirib.
Zelenski əlavə edib ki, ikinci sülh sammitində müharibənin real sonunun qeydə alınacağına ümid edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO