Türkiyənin Boğaziçi körpüsündə nəqliyyatın hərəkəti hər iki istiqamətdə məhdudlaşdırılıb.
Bizim.Media xəbər verir ki, bu barədə İstanbul Valiliyi məlumat yayıb.
“15 İyul Şəhidlər Körpüsü”ndə yol SMA xəstəliyindən əziyyət çəkən bir vətəndaş tərəfindən bağlanıb. Ərazidə təhlükəsizlik tədbiri gücləndirilib”, - məlumatda qeyd edilib.
Bildirilib ki, magistral yola xeyli sayda polis əməkdaşları cəlb edilib.
Qeyd edək ki, yolda qısa zamanda avtomobillərin sıxlığı yaranıb.
Bizim.Media