İrəvandan Kişinyova uçan təyyarə Buxarestə təcili eniş edib.
Bizim.Media “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, təyyarənin sərnişinləri heç bir izahat verilmədən Kişinyov hava limanında bir neçə saat saxlanılıblar,
İlk olaraq təyyarədə partlayıcı maddə olduğuna dair şübhələrin olduğu açıqlanıb. Sərnişinlər bir neçə saat sonra təxliyyə ediliblər. Onların hər birinin yüklərinə baxış keçirilib.
Sonda təyyarənin Moldova hava məkanına girişinə icazə verilməyib və təyyarə İrəvana göndərilib.
Bizim.Media